Dərc edildi: Baxış sayı: 2548
İmadəddin Nəsimi - Yüz min cəfa qılsan mənə
Yüz min cəfa qılsan mənə,
Mən səndən üz döndərmənəm.
Canım ola qurban sənə
Mən səndən üz döndərmənəm!
Sevdim səni mən can ilə,
Qul olmuşam qurban ilə,
Qoy and içim Furqan ilə
Mən səndən üz döndərmənəm!
İsamısan, Musamısan?!
Ya Yusifi-Kənanmısan?
Vallah ki, canım canısan
Mən səndən üz döndərmənəm!
Ey Nəsimi, aşiqmisən?
Həq yoluna sadiqmisən?
Közyərməyə layiqmisən?
Mən səndən üz döndərmənəm!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət