İlon Maskın şirkəti 408 milyon dollar zərər edib
Amerikanın “Tesla” kompaniyası 2019-cu ilin ikinci rübündə 408 milyon dollarlıq zərər edib. Eyni zamanda sənədin məlumatlarına görə, şirkətin zərərləri tədricən azalır.
Facemark.az xəbər verir ki, bu haqda şirkətin korporativ saytında deyilir.
Şirkətin nümayəndəsi qeyd edib ki, 30 iyunda başa çatan hesabat dövrü ərzində alıcılar 95 000-dən çox Model S, Model X və Model 3-dən ibarət elektrik mühərrikli avtomobil alıblar. “Tesla”, həmçinin 87 000 avtomobil istehsal edib ki, hər iki göstərici rekord hesab olunur.
Cari ilin ikinci rübündə şirkətin gəlirləri 5,2 milyard dollara çatıb.
“Bloomberg” agentliyinin yazdığına görə, analitiklər “Tesla” ilə bağlı rüblük nəticələrində böyük zərər proqnozlaşdırmırdılar.
Qeyd edək ki, şirkətin rəhbəri İlon Mask avtomobillərə olan tələbatı nəzərə alaraq, daha əvvəlki açıqlamarında deyirdi ki, 2019-cu ildə satışlarda rekord göstəriciyə nail olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət