Slimfit
  1. MEDİA

İlon Maskdan şok açıqlama: "Kollec bilik üçün deyil, əyləncə üçün lazımdır"

İlon Maskdan şok açıqlama: "Kollec bilik üçün deyil, əyləncə üçün lazımdır"
Sakura

İlon Mask: "Kollec bilik üçün deyil, əyləncə üçün lazımdır"

Tesla və SpaceX-in qurucusu bütün zəruri biliklərin müstəqil şəkildə əldə edilə biləcəyinə əmindir, bunun üçün universitetə ​​və ya kollecə getmək lazım deyil. Hər halda, ən bacarıqlı tələbələr öz işlərini qurmaq üçün bundan imtina edəcəklər, necə ki, vaxtilə Bill Qeyts və Cobs etmişdilər.

İLon Mask, peyk rabitəsi problemlərinə həsr olunmuş Satellite 2020 konfransında iştirak edib. Bundan başqa, iştirakçılarla ünsiyyət quraraq, tədbirin mövzusundan uzaq olan sualları da cavablandırmalı olub. Məsələn, Maskın həmsöhbətlərindən biri kolleclərin və biznesin, tələbələrin ali təhsil almalarını necə asanlaşdıra biləcəyi ilə maraqlanıb.

Buna cavab olaraq Mask qeyd edib ki, artıq bilik əldə etmək üçün kollec və ya universitetə ​​getmək lazım deyil. Onun sözlərinə görə, bu gün bütün zəruri biliklər pulsuzdur və kollec təhsili yalnız "qıcəqlandırıcı ev tapşırıqları toplusudur".

Ali təhsilin yeganə üstünlüyü iş həyatına başlamazdan əvvəl həmyaşıdlarınızla ünsiyyət qurmaq imkanıdır. Başqa sözlə, kollec və universitetlərə bilikdən daha çox əyləncə və ictimailəşmə üçün daha çox ehtiyac var.

Ens.az saytı "Business Insider" ə istinadən xəbər verir ki, Tesla rəhbəri universitetə ​​qəbul olunmağı üstün qabiliyyətlərin sübutu kimi hesab etmək lazım deyil. İdeal olaraq, bir gənc məktəbi tərk etməli və biznes qurmağa başlamalıdır. Maskın idealları - Bill Qeyts, Stiv Cobs və Larri Ellisonun etdiyi şey məhz budur. Onların hamısı öz şirkətlərini qurmaq üçün kolleci tərk etmişdilər.

Daha əvvəl Mask, işə müraciət edənlərin Teslada işləmək üçün ali təhsili tələb etmədiyini bildirmişdi. O, işə götürmək üşün belə bir şərt qoyulmasını absurd hesab edir, nüfuzlu universitetlərin diplomlarını isə aşırı qiymətləndirdiyini vurğulamışdı.

Yeri gəlmişkən, İlon Maskın özü, nüfuzlu təhssil dərəcəsinə malikdir. O, Kanadadakı Queens Universitetində iki il təhsil almış, sonra Pensilvaniya Universitetinə köçürülmüş və burada fizika və iqtisadiyyat üzrə bakalavr dərəcəsi əldə etmişdi. Ancaq hər halda Stanford Universitetində aspiranturanı yarımçıq tərk etmişdi- özünün ilk kompaniyası olan Zip2-ni qurmaq üçün.

Maskın fikrincə, işçinin əsas keyfiyyəti ümumiyyətlə ali təhsil diplomu deyil, yenilik etmək bacarığıdır. SpaceX və Teslada işçi heyətini işə götürərkən məhz bu cür meyarlar nəzərə alınır. Bu yanaşma sayəsində hər iki şirkət rəqiblərini ən azı bir neçə il qabaqlamağı bacarır.

Mənbə: hightech.plus

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR