Slimfit
  1. MEDİA

İlon Mask: "Koronavirus - daha təhlükəli epidemiya öncəsi məşqdir"

İlon Mask: "Koronavirus - daha təhlükəli epidemiya öncəsi məşqdir"
Sakura

İlon Mask: "Koronavirus - daha təhlükəli epidemiya öncəsi məşqdir"

Ens.az saytı bildirir ki, verdiyi müsahibədə İlon Mask, koronavirus epidemiyasına məşq kimi yanaşmaq lazım gəldiyini bildirib. Çünki böyük ehtimalla, gələcəkdə bizi yüksək ölüm dərəcəsi olan və "çoxsaylı 20 yaşlı gəncləri öldürəcək" pandemiya gözləyir Lakin, bu gözləntilərə baxmayaraq, müəssisələrin bağlanması ilə bağlı hakimiyyət orqanlarının gördüyü tədbirlər Maskı qıcıqlandırmışdı - o, həmin tədbirlərin konstitusiyanı pozduğunu bildirmiş, daha əvvəl isə daha sərt ifadəylə - "faşizm" adlandırmışdı. Teslanın sahibi üçün yaxşı xəbər, məhdudiyyətlərin sürətlə aradan qaldırılmasıdır. ABŞ hakimiyyəti karantinə davam edə bilmir, çünki əmək qabiliyyətli hər beşinci amerikalı artıq işini itirib.

Məşhur iş adamı İlon Mask koronavirus pandemiyası səbəbi ilə tətbiq olunan karantinlə bağlı növbəti dəfə hiddətini gizlətməyib. Onun fikrincə, Birləşmiş Ştatlarda evdə qalmaq üçün qoyulan tələblər ABŞ konstitusiyasına ziddir. O, müsahibəsində karantini "mahiyyət etibarilə konstitusiyanın, sərbəst toplaşmaq azadlığının pozulması" adlandırıb.

Mask bu yaxınlarda, hər iki Tesla fabrikinin bağlanması ilə nəticələnən, ABŞ-da müəssisələrin fəaliyyətinə qoyulan qadağanı tənqid etmişdi. Ötən həftə investorlarla onlayn görüşündə o, "insanları evlərinə zorla həbs etmək" qadağasını faşizm adlandırmışdı.

Lakin, bu dəfə Mask tənqidi açıqlamaları ilə yanaşı daha nikbin təsir bağışlayıb. O, əmindir ki, çox yaxın gələcəkdə ABŞ, iqtisadi bərpa dövrünə doğru irəliləməyə başlayacaq. İş adamı "düşünürəm ki, biz ölkənin açılması üçün sürətlə irəliləyirik" deyib. "Bu çox sürətli, hətta yaxın bir neçə həftədə olacaq."

Mask, həmçinin ABŞ-ın karantin tədbirləri tətbiq etmək siyasətini də pisləyib- onun fikrincə, bu, çox aqressiv şəkildə həyata keçirildi. “Vətəndaş hüquqları bu mənzərəylə uyuşurmu? Hökumət səni nə etməyə məcbur edə bilər? Səni nə etməməyə məcbur edə bilər və bu nə qədər düzgündür? ” - deyə, o, soruşub. Və əlavə edib: "Düşünürəm ki, çox uzağa getdik".

Maskın fikrincə, karantin tədbirlərinin həddindən artıq tənqid edilməsi, məhdudiyyətlərin mümkün qədər tez qaldırılmasının və ölkənin "5 il karantində olmasının" mümkün olmadığına inanan ABŞ prezidenti Donald Trumpın bu məsələdəki mövqeyini əks etdirir. Duyğuların oxşarlığı Trampa bir müddət öncə Maskı ABŞ iqtisadiyyatını yenidən başlatmaqda onun məsləhətçilərindən biri olacağını elan etməyə imkan yaradıb.

COVID-19 pandemiyasının özünə gəldikdə, Mask onu dünyada yayıla biləcək daha təhlükəli viruslar öncəsi bir növ məşq hesab edir. "Hansısa bir anda məsələn, 20 yaşındakı bir çox insanın ölümünə səbəb olan yüksək ölümcül pandemiya meydana gələ bilər" deyə Tesla və SpaceX rəhbəri fikirlərini bölüşüb.

Onun fikrincə, SARS-CoV-2 virusundan ölüm nisbəti ÜST hesablamalarından qat-qat aşağıdır (mart ayına olan məlumatlara görə, bu göstərici dünyada orta hesabla 3,4% olub) CNBC yazır.

Mart ayının ortalarında Mask, işçilərinə panika üçün heç bir səbəb olmadığını və yol qəzasında ölmək şansının koronavirusdan daha yüksək olduğunu yazmışdı. Kim istəsə, məzuniyyət götürə və ya evdən işləyə bilər, ancaq ciddi narahatlığa səbəb yoxdur. COVID-19, onun fikrincə, ABŞ-da sağlamlıq üçün ən təhlükəli ilk 100-lük siyahısına düşmür.

 

Mənbə: hightech.plus

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR