Dərc edildi: Baxış sayı: 657
İllərlə iflic olan adamın qorxudan ayaqları açıldı
Türkiyənin Elazığ vilayətində baş verən zəlzələ nəticəsində möcüzə baş verib.
“HaberGlobal”ın yaydığı məlumata görə, zəlzələ baş verən zaman yataq xəstəsi olan adamın ayaqları açılıb.
Belə ki, 70 yaşlı Kənan Gül üç il əvvəl iflic keçirərək yatağa məhkum olub.
Onun yaşadığı Kültür məhəlləsində zəlzələ baş verən zaman qızına və arvadına onu qoyub getmələrini deyib. Zəlzələnin təkanı güclənən zaman Gül bir anda yatağından qalxaraq çölə qaçıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət