Slimfit
  1. AZƏRBAYCAN

İllərə meydan oxuyan tarix: 200 yaşı olan anbarın analoqu qalmayıb

İllərə meydan oxuyan tarix: 200 yaşı olan anbarın analoqu qalmayıb
Sakura

Anbarın unikallığı ondadır ki, insanlar bu boyda ağacı kəsib, əl əməyi ilə içini oya biliblər

Zaqatala rayonunun Yengiyan kənd sakinləri ata-babalarından miras qalan hər şeyi  qoruyub saxlayıblar. Kənd sakinlərinin illərlə qoruduqlarından biri də öz unikallığı ilə seçiliən saxlanc anbarıdır.

Kənd sakini Şaiq Əlixanov həmin anbarla bizi tanış edərək, onun barəsində Sputnik Azərbaycan-a danışıb: "Saxlanc anbarı qədimdə insanların ən böyük yardımçısı olub. Ata-babalarımız qış üçün yığdıqları tədarükü - arpa, buğda, fındıq, qoz, çəltiyi bu anbarda saxlayıblar. Bu anbar içindəki məhsulu sağlam saxlamaqla yanaşı zərərverici həşəratlardan və gəmiricilərdən qoruyub".

Məmmədovlar ailəsinə məxsus bu anbarın 200-dən artıq yaşı var. Əlixanovun sözlərinə görə, anbar böyük gövdəli ağacların gövdəsindən hazırlanıb: "Qədimdə Alazan vadisində iri gövdəli böyük ağaclar olub. İnsanlar o ağacları kəsib, içini oyub, öz azuqələrini ora yığırmışlar. Anbarın aşağı hissəsində dəlik açıb, oradan lazım olan miqdarda taxıl götürəndən sonra dəliyi bağlayarmışlar. Bu anbar da qovaq ağacından hazırlanıb".

Şaiq müəllim iddia edir ki, hazırda bu anbarın analoqu yoxdur: "Bu anbarın unikallığı ondadır ki, insanlar bu boyda ağacı kəsib, əl əməyi ilə içini oya biliblər. Açıq havada qalmasına və illər keçməsinə rəğmən, ağac hələ də öz fakturasını itirməyib. Yengiyan tarixində, ümumən Azərbaycan tarixində bunun xüsusi rolu var. Çünki bu anbardan demək olar ki, qalmayıb".




Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR