Dərc edildi: Baxış sayı: 303
İllərdir zirzəmidə yaşayıb dünyanın sonunu gözləyən ailə tapılıb
Hollandiya polisi azı 9 il zirzəmidə yaşayıb, dünyanın sonunu gözləyən ailəni aşkarlayıb. Böyük oğulun yerli barda görünməsi ailənin üzə çıxmasına səbəb olub.
Belə ki, Hollandiyanın şimal-şərq hissəsində yerləşən Drente bölgəsində yaşayan 58 yaşlı kişi yaşları 16-dan 25-ə kimi olan 6 övladı ilə birlikdə fermada tam izolyasiya şəraitində yaşayırmış.
Hollandiyanın RTV kanalı bu barədə məlumat verib.
Böyük oğulun zirzəmidən çıxaraq bara üz tutması açar rolunu oynayıb. Barın sahibi Kris Vesterbek deyir ki, oğlan 5 şüşə pivə sifariş verdi və hamısını içdi. Bundan sonra ürəyini barmenə açan oğlan köməyə ehtiyacı olduğunu deyib və qaçıb.
Oğlanın nimdaş və çirkli geyimi, uzun və səliqəsiz saçı, saqqalı barmeni təəccübləndirir. Vesterbek deyir ki, oğlan fermada bacı və qardaşları ilə zirzəmidə yaşadıqlarını, lakin artıq oradan çıxmaq vaxtı gəldiyini də deyib.
Oğlanın verdiyi ipucları sayəsində polis həmin evi tapır. Evdə şkafın arxasında ailənin yaşadığı zirzəmiyə gedən pilləkən aşkarlanır.
Məlum olub ki, ailə burada dünyanın axırını gözləyirmiş. Ailə başçısı bu müddət ərzində insult keçirmiş və yataq xəstəsinə çevrilibmiş.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət