Slimfit
  1. CƏMİYYƏT

İlkin Süleymanovun atası İnam Kərimova müraciət ETDİ

İlkin Süleymanovun atası İnam Kərimova müraciət ETDİ
Sakura

İlkin Süleymanovun atası İnam Kərimova müraciət ETDİ

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun atası İbrahim Süleymanov Ali Məhkəmənin sədri İnam Kərimova və Məhkəmə Hüquq Şurasına müraciət edib.

Ens.az"apa.az" a istinadən xəbər verir ki, İbrahim Süleymanov oğlunun Nərmin Quliyevanın ölümü, cinayət hadisəsi ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb:

“Oğlumun cinayət hadisəsini törətdiyini təsdiq edən heç bir sübut mövcud deyil. Buna baxmayaraq, 3 ildən artıqdır ki, qanunsuz olaraq həbsdə saxlanılır.

Cinayət işi hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Uzun çəkən məhkəmə baxışı zamanı aydın şəkildə müəyyən edilib ki, bu cinayətin oğlum tərəfindən törədildiyini təsdiq edən heç bir sübut mövcud deyil.

Əsl qatillərin üzə çıxarılmasını təmin edə biləcək bütün faktlar məqsədli şəkildə saxtalaşdırılıb və oğlum planlı şəkildə bu cinayətin qurbanına çevrilib. İlkinin bu cinayət hadisəsi ilə heç bir əlaqəsinin olmadığı işə baxan məhkəməyə də məlumdur. Lakin məhkəmə bu iş üzrə qanuni və ədalətli hökm çıxarmaq niyyətində deyil.

"Məhkəmə-hüquq sistemində aparılan köklü islahatlar və xüsusilə də Prezidentimizin böyük etimadını qazanmış İnam Kərimovun Ali Məhkəməyə sədr təyin edilməsi bu cinayətə əlləri bulaşmış şəxslərin narahatlığını daha da artırıb, həmin şəxslər oğlum barəsində tələm-tələsik qanunsuz ittiham hökmünün çıxarılmasına, bununla da öz cinayətkar fəaliyyətlərini ört-basdır etməyə çalışırlar. "
Belə ki, oğlumun vəkilləri uzun müddətdir ki, məhkəməyə vəsatət təqdim edərək, ibtidai istintaqa təqdim etdikləri alternativ mütəxəssis rəyinin məhkəmə iclasında elan olunmasını, iş üzrə vacib əhəmiyyət kəsb edən şahidlərin məhkəmədə dindirilməsinin təmin edilməsini, işdə adları keçən bir sıra şəxslərin, o cümlədən mərhum Nərmin Quliyevanın meyitinin evimizin qarşısına atılmasında və oğlumun şərlənərək həbs olunmasında iştirak edən polis işçilərinin telefon danışıqlarına dair anten məlumatlarının məhkəməyə gətirilməsini xahiş edib, lakin həmin vəsatətlərin əksəriyyəti məhkəmə tərəfindən təmin edilməyib. Təmin edilən bəzi vəsatətlər isə indiyədək icra olunmayıb.

Buna baxmayaraq, məhkəmə tələm-tələsik işi yekunlaşdırmağa çalışır. Bu məqsədlə məhkəmə hətta vəkillərimizə də təzyiq göstərməkdən çəkinmirlər.

Qeyd olunanları nəzərə alaraq, qanunsuzluqların qarşısının alınması və iş üzrə qanuni və ədalətli hökm çıxarılmasının təmin edilməsi üçün işi şəxsi nəzarətinizə götürməyinizi xahiş edirəm”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR