İlk Xocalı 1918 ci ildə
Cavad qəzasının kəndlərindən biridə Xocalı kəndidir. Bu kənd indi Salyan rayonunun Kür Qaraqaşlı inzibati ərazi vahidində kəndir.
1918 ci ildə Erməni vəhşiliyini araşdırmaq üçün Fövqəladə Təhqiqat Komissiyasının Cavad qəzasına dair sənədləri arasında Xocalı kəndinin 18 yaşlı sakini Sürəyya Dadaş qızının verdiyi ifadə erməni qəddarlığına bariz nümunə sayıla bilər. Erməni əsgərlərinin kəndə hücumu zamanı Sürəyya qucağındakı körpə qızı, 9 və 6 yaşlı iki qardaşı və digər həmkəndliləri - Ənnanə,Tubu və körpə qızı ilə birlikdə Qönçə adlı üç gənc qadın və Ağakişi İbadulla adlı qonşuları ilə kənddən qaçaraq kiçik təpələrin arxasında gizlənsələr də, təqibdən qurtula bilmirlər. Səkkiz erməni əsgəri onları yaxalayaraq gənc qadınları zorlamaq istəyir. Ağakişinin qadınları müdafiə etməsindən qəzəblənən ermənilər onlara durmadan atəş açır və hamının qan içində yıxıldığını görərək çıxıb gedirlər. Sol çiynindən, sağ əli və ayağından yaralanan Sürəyya az sonra özünə gəlir, qucağındakı körpəsinin, iki qardaşının və Qönçənin uşağının da sağ qaldığını, qadınların və Ağakişinin isə öldüyünü görür. Az sonra həmin ermənilər yanlarında dörd müsəlman kişi ilə yenidən qayıdırlar və kişiləri elə oradaca güllələyirlər. Daha sonra Sürəyyanın qucağındakı körpəni süngü ilə, qardaşlarını və Qönçənin uşağını isə güllə ilə vuraraq öldürürlər. Sürəyyanın ermənilərin ayağına düşərək onu da öldürmələri barədə yalvarışlarına ermənilər “səni sağ qoyuruq ki, müsəlman qardaşların səni bu vəziyyətdə görsünlər” deyə cavab verib gedirlər.
Cavad qəzasının Bəydili, Yaxşıkənd, Xocalı, Seyidlər, Xarmandalı, Ərəb-Qardaşbəyli, Pirabba, Qara-İmamlı, Uzun-Babalı, Aşağı Sorra və digər kəndləri ayrı-ayrı vaxtlarda ermənilər tərəfindən dağıdılır və yandırılır, əhalisi isə görünməmiş vəhşiliklərə və təcavüzə məruz qalır.
AXC hökumətinin azərbaycanlı əhaliyə qarşı bolşevik bayrağı altında erməni quldur dəstələrinin törətdikləri qırğınları təhqiq etmək üçün 1918-ci il iyulun 15-də yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının 36 cildlik istintaq materialları respublikada qalmamış və uzun müddət itirilmiş hesab edilmişdir. Sonra FTK-nın çəkdiyi fotosənədlər Parisdə, Əli Mərdan bəy Topçubaşovun arxivində aşkar edildilmişdir.
Mənbə: Azərbaycan qəzeti .- 2017.- 31 mart.- S. 6.
Mənbə: Fotolar Quba Soyqırımı Memorial Kompleksi rəsmi səhifəsindən götürülüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət