Slimfit
  1. TARİX

İlk qəzet

İlk qəzet
Sakura

İlk qəzet

Milli mətbuatımızın ilk qəzeti ”Əkinçi” qəzetindən öncədə qəzet nəşr edilmişdir. Amma bu qəzetlər milli sayılmırdı.

1828-ci ildən Tiflisdə çap edilməyə başlanılan, rus dilindəki "Tiflisskiy vedomosti" qəzetinin 1832-ci ildə Azərbaycan dilində, "Tiflis əxbarı" adlı əlavəsi Tatar xəbərləri "(Tatarski vedomosti)" qəzeti Azərbaycan dilində çap edilib. Amma onu özümüzünkülər deyil, çar höküməti nəşr edirdi. 

"Tiflis əxbarı"nın Azərbaycan dilində olan variantı farsca çıxan qəzet bağlandıqdan sonra çap olunub. Farsca çıxan qəzetin abunəçiləri az olduğundan çox davam edə bilməmişdir. Vərəqə şəklində həftənin çərşənbə günləri çıxan bu qəzetdə Abbasqulu ağa Bakıxanov (1794-1846) da fəaliyyət göstərirdi.

Azərbaycanda çıxan ilk rusdilli nəşr "Bakinskiy listok" hesab edilir. İlk nömrəsi 1871 ci ildə çıxmış qəzetin baş redaktoru Bakı real gimnaziyasının müəllimi Xristian Sink idi. Həsən bəy Zərdabinin bizə məlum olan ilk məqaləsidə "Cəmiyyəti xeyriyyə" təşkilinə başlanması haqqında məqaləsi "Bakinskiy listok" qəzetinin 1872-ci il 26 fevral tarixli nömrəsində dərc edilmişdir.

"Əkinçi"nin ilk sayı 1875-ci ildə icazə verildi və iyul ayının 22-də işıq üzü gördü. Bu tarixdən etibarən Azərbaycanda milli dövri mətbuatın əsası qoyuldu.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR