Slimfit
  1. AVTO VƏ MOTO

İlk plastmas avtomobil nümayiş edilib

İlk plastmas avtomobil nümayiş edilib
Sakura

Yaponiyada vacib detalları və komponent hissələrinin 90 faizi plastmasdan hazırlanan ilk avtomobil nümayiş…

Yaponiyada vacib detalları və komponent hissələrinin 90 faizi plastmasdan hazırlanan ilk avtomobil nümayiş olunub.  

ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, innovasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramına uyğun hazırlanan qeyri-adi avtomobil Tokio Universitetinin alimləri və avtomobil istehsalçıları arasında əməkdaşlıq nəticəsində ərsəyə gəlib.

Məlumata görə, müxtəlif növ plastmasların tətbiqi sayəsində avtomobilin çəkisi adi maşından 40 faiz azdır. Belə xüsusiyyət enerjiyə qənaət etməyə, eləcə də elektromobillərin inkişafı üçün yeni imkanlar açmağa şərait yaradır.

Bu yaxınlaradək maşınqayırmada plastmasdan istifadə onun möhkəm olmaması ilə əlaqədar qeyri-mümkün hesab edilib. Lakin alimlər müxtəlif növ uyğun materiallar tətbiq etməklə bu problemin həllinə nail olublar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR