Slimfit
  1. DÜNYA

"İlk güllə neftin qiymətini 100 dollardan yüksəyə qaldıracaq"

"İlk güllə neftin qiymətini 100 dollardan yüksəyə qaldıracaq"
Sakura

"İlk güllə neftin qiymətini 100 dollardan yüksəyə qaldıracaq"

"Fars Körfəzində atılacaq ilk güllə neftin 1 barelinin qiymətini 100 dollardan da yüksəyə qaldıracaq".

 ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İran ali dini lideri Ayətullah Xameneinin baş müşaviri və köməkçisi general Seyid Yəhya Səfəvi bəyan edib.

Y. Səfəvi deyib ki, bu, ABŞ, Avropa və  ABŞ-ın Yaponiya və Cənubi Koreya kimi dostları üçün dözülməz bir qiymət olacaq. General ABŞ-ın bölgədəki 25 hərbi bazası və bu bazalardakı 20 min hərbçinin İranın raketlərinin hədəfində olduğunu da vurğulayıb: “Donald Tramp İranla hər bir müharibədə məğlub olacağını və müharibənin xərclərinin də böyük olacağını bilir. Biz hərbçilər həmişə ən pis ssenariləri görürük və müharibənin olmaması üçün müharibəyə hazır olmalıyıq. Hazırda İran Qərbi Asiya bölgəsində böyük hərbi gücdür. ABŞ İranın sürpriz və şokedici strategiyasından çəkinir".

İran ali dini liderinin köməkçisi hazırda ABŞ-la İran arasında iqtisadi və psixoloji müharibə getdiyini söyləyib: “ABŞ-ın nüvə proqramına dair Hərtərəfli Bİrgə Fəaliyyət Planından çıxması və İrana sanksiyalar tətbiq etməsi bir müharibədir. Ümid edirik ki, bu müharibədən müqavimət və milli birliklə başı uca çıxacağıq. ABŞ  Qərbi Asiya bölgəsindən çıxmalıdır və hökmən çıxacaq. Bizim strategiyamız qonşu ölkələrlə düşmənçilik etməməkdir. İran qonşu ölkələrlə təcavüz etməmək haqqında saziş imzalamağa hazırdır və bunu xarici işlər naziri açıqladı. Mənim təklifim budur ki, bəzi qonşu ölkələrlə bu sazişi imzalayaq, bəzi qonşu ölkələrlə isə koalisiya yaradaq”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR