Slimfit
  1. TƏHSİL VƏ KARYERA

İlk dərslər vətənpərvərlik mövzularına həsr olunub

İlk dərslər vətənpərvərlik mövzularına həsr olunub
Sakura

İlk dərslər vətənpərvərlik mövzularına həsr olunub

Yeni tədris ilində ilk dərslər ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri-müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti-dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunub.

Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, Təhsil nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən, dərslər pedaqoji və şagird heyəti tərəfindən Dövlət himninin ifası ilə başlanıb.

Dərs zamanı ibtidai siniflərdə müəllimlər şagirdlərə vətənpərvərlik, milli-mənəvi dəyərlər, müstəqilliyimizin simvolu olan Azərbaycan Respublikasının üç rəngli bayrağı, gerbi və himni barədə ətraflı məlumat veriblər. Yuxarı sinif şagirdlərinə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən söhbət açılıb. Qeyd edilib ki, milli dövlətçilik ənənələrimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə yenidən bərpa edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR