Slimfit
  1. MARAQLI

İlk dəfə suyun altında artefaktlarla qədim yaşayış məskənləri tapıldı

İlk dəfə suyun altında artefaktlarla qədim yaşayış məskənləri tapıldı
Sakura

Yaşı 7-8,5 min ildən çox hesablanır

Ens.az bildirir ki, alimlər ilk dəfə,  minlərlə il əvvəl Avstraliyanın şimal-qərbində yaşamış yerli xalqın sualtı arxeoloji abidələrini kəşf etdilər. Bu kəşf PLoS ONE jurnalında dərc olunan məqalədə bildirilir.

Avstraliya Milli Parkı Murucuqa sahillərində yerləşən aborigenlərin bu yaşayış məntəqəsinin qalıqlarına Brügge burnu yaxınlığında dəniz səviyyəsindən 2,4 metr dərinlikdə 260 daş əsər və 14 metr dərinlikdə su altında qalmış şirin su mənbəyi daxildir. Dağıntıların yaşı dəniz səviyyəsinin yüksəlməsi səbəbi ilə daşqın vaxtına əsasən 7-8,5 min ildən çox hesablanır.

110 ilə 10 min il əvvəl davam edən son buzlaşma dövrü ərzində, dəniz səviyyəsinin aşağı olması səbəbindən açılan sahil ərazilərinə görə Avstraliyanın sahəsi iki milyon kvadrat kilometrdən çox idi. Bu yerlər Avstraliyaya köçənlər tərəfindən məskunlaşıldı, çünki bu torpaqlar Avstraliyanın digər, daha quraq bölgələri ilə müqayisədə böyük su təchizatı, əlverişli mikroiqlimi və yüksək biomüxtəlifliyi ilə fərqlənirdi.

Mənbə: lenta.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR