Slimfit
  1. KOSMOS

İlk dəfə olaraq yad ulduzun şəkli çəkildi

İlk dəfə olaraq yad ulduzun şəkli çəkildi
Sakura

İlk dəfə olaraq yad ulduzun şəkli çəkildi

Çili və Almaniya astronomları ilk dəfə olaraq Antareson (Əqrəb bürcündəki qırmızı nəhəng) səthinin şəklini əldə etdilər. Bu ulduzun yaxınlığında sürətlə yerini dəyişən qazı aşkar etməyə imkan verdi, lakin onları nəyin hərəkət etdirdiyi hələ məlum deyil.

Antares Yerdən 555 işıq ili məsafəsindədir. O Günəşdən 883 dəfə böyükdür və onun ölçüsü Marsın orbiti ilə müqayisə oluna bilər. Nəhəng ulduzun müşahidəsi üçün astronomlar Very Large Telescope bazarında olan interferometrdən istifadə ediblər. Very Large Telescope  Çilidə Serro Paranal dağında quraşdırılan teleskoplar kompleksidir. İnterferometr bir nəhəng teleskop kimi işləyir, bu da kosmik obyektlərin şəklini yüksək ölçüdə əldə etməyə imkan verir.

Ulduzun müşahidəsi beş gün ərzində infraqırmızı diapazonda aparılmışdır. Bir-birilə sinxronlaşdırılan dörd teleskopun məlumatları xüsusi alqoritmlə emal olunurdu.

Səthin detallarından əlavə astronomlar görüblər ki, Antaresin atmosferindən kənarda 20km/s sürətlə hərəkət edən qaz buludları yerləşir. Onlar nəhəngi ulduzun 0,7 radiusu qalınlığında sarıyır. Maddələrin istilik və  soyuğun təsirindən dövriyyəsi olan konveksiya bunu izah edə bilmir. Orion bürcünün qırmızı nəhəngi olan Betelqeyzdə də bu struktur müşahidə olunur, lakin onlar bir az yavaş hərəkət edirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR