Slimfit
  1. İQTİSADİYYAT

İlin əvvəlinədək “Ümid” yatağından 1,7 mlrd. kubmetr qaz hasil edilib

İlin əvvəlinədək “Ümid” yatağından 1,7 mlrd. kubmetr qaz hasil edilib
Sakura

İlin əvvəlinədək “Ümid” yatağından 1,7 mlrd. kubmetr qaz hasil edilib

İşlənmənin əvvəlindən bu il yanvarın 1-nə Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid” qaz-kondensat yatağından 265,3 min ton kondensat və 1 666,3 mln. kubmetr qaz hasil edilib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "2017-cü il üzrə illik hesabatı"nda qeyd olunub.

Hesabat ilində isə yataqdan kondensat hasilatının həcmi 64,53 min ton, qaz hasilatının həcmi isə 424,48 mln. kubmetr təşkil edib.

Məlumata görə, yataqda 2 istismar quyusu (10 və 14 nömrəli) fəaliyyət göstərir və bu quyulardan 1 250 min kubmetr/gün qaz, 200 ton/gün kondensat hasil edilir.

Bildirilib ki, hazırda “Ümid yatağında 16 №-li istismar quyusunda qazma işləri aparılır. Quyunun 2018-ci ilin oktyabr ayında istismara verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, "Ümid" yatağı Bakıdan 75 km cənuba, qurudan isə 40 km məsafədə yerləşir. Yataq 2010-cu ildə kəşf edilib. Bu, SOCAR-ın kəşf etdiyi ilk yataq olub. İlkin hesablamalara görə, yatağın ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir. “Ümid” yatağı 2012-ci ildə sənaye işlənməsinə daxil edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR