Slimfit
  1. TÜRKİYƏ

“İlin ən yaxşı turizm filmi” Türkiyənin oldu

“İlin ən yaxşı turizm filmi” Türkiyənin oldu
Sakura

Agentliyinin sahibi Necdet Alkandemir mükafatı aldıqdan sonra etdiyi şərhdə bildirib...

 Almaniyada təşkil edilən “İlin ən yaxşı turizm filmi” yarışmasında rejissor Dağhan Celayirin “Graphx” agentliyində çəkdiyi film birinci oldu.

  “Graphx” agentliyinin bu turizm filmi 53-cü Berlin Beynəlxalq Turizm Birjası sərgisi ilə eyni vaxtda reallaşdırılan 18-ci “The Golden City Gate” turizm filmləri festivalında "First Star” (birinci ulduz) mükafatına layiq görüldü.

  Agentliyinin sahibi Necdet Alkandemir mükafatı aldıqdan sonra etdiyi şərhdə bildirib:

  ''Türkiyəyə belə bir mükafat apardığım üçün özümü xoşbəxt hiss edirəm. Çin, İspaniya, İtaliya və Dubaydan gələn filmlər bizim rəqiblərimiz idi. Bu filmlər arasında mükafata layiq görülmək qürurvericidir. Mükafat Türkiyə turizminə töhfədir.”

  Qeyd edək ki, Dağhan Celayirin ssenari müəllifi və rejissoru olduğu və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə çəkilən "Home of Turquoise" filmi də 2017-ci ildə “Dünyanın ən yaxşı turizm filmi” mükafatına layiq görülmüşdü.

 

Mənbə: TRT Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR