Dərc edildi: Baxış sayı: 530
İlin ən yaxşı bombardirləri açıqlandı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu ilin ən yaxşı bombardirlərinin siyahılarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, ən sərrast futbolçular üç müxtəlif nominasiya üzrə fərqləndirilib.
Milli çempionatlarda ən çox qol vuran futbolçu Abdelrazak Hamdallah olub. Mərakeşli futbolçu Səudiyyə Ərəbistanının "Əl-Nəsir” klubunun heyətində 53 qola imza atıb. "Bavariya"nın polşalı ulduzu Robert Levandovski və "Los Anceles”in meksikalı futbolçusu Karlos Vela 2-3-cü yerləri bölüşüb. Onlar hərəyə 38 qol vurub.
Beynəlxalq turnirlərin ən sərrast futbolçusu Kriştiano Ronaldo olub. Ulduz futbolçu milli komanda və qitə kuboklarında 21 dəfə fərqlənib. Ronaldo Portuqaliya millisində 14, "Yuventus”da 7 qola sevinib. BƏƏ yığmasında 19 qol vuran "Əl-Cəzirə”nin hücumçusu Əli Mabhut 2-ci olub. İlk "üçlüy"ü Harri Keyn qapayır. O, İngiltərə millisində 12, "Tottenhem”də 7 dəfə fərqlənib.
Beynəlxalq səviyyəli qollara 2, milli çempionatlardakı toplara görə 1 xalın hesablandığı ümumi sıralamada Robert Levandovski hamını arxada qoyub. Polşalının 70 (38+16x2) xalı var. Argentinalı Lionel Messi 63 xalla (37+13x2) 2019-cu ilin ikincisi olub. Mərakeşli Abdelrazak Hamdallah 3-cü yerlə kifayətlənib - 61 xal (53+4x2).
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət