Slimfit
  1. MARAQLI

İlin anası: qadın qızına görə özünü 40 il ərzində kişi kimi təqdim etdi

İlin anası: qadın qızına görə özünü 40 il ərzində  kişi kimi təqdim etdi
Sakura

Heç kimin tanımadığı qonşu şəhərlərdə işləməyi qərara aldı

Lüksor sakini Sisa Abu Dauh, 43 il ərzində, iş almaqdan ötrü özünü kişi adı ilə təqdim etdi. 2015-ci ildə Misir hakimiyyəti ona "mükəmməl analığa görə" mükafatı təqdim etdi, prezident isə qadını "mənim bacım Sisa" adlandırdı və başqa heç kimin onun vəziyyətinə düşməməsi üçün mübarizə aparacağına söz verdi.

İndi Sise 69 yaşındadır: o, heç zaman məktəbə getməmiş sadə bir qadındır,  deyir ki, ona yalnız bişirmək öyrədilib. 16 yaşında Sisa ərə getdi və hamiləliyinin altıncı ayında dul qaldı. Müsahibədə deyir ki, ilk ay qayınanası ilə yaşadı, sonra yenidən ərə getmək təklif olundu. Bunu qızına xəyanət hesab etdi və imtina etdi. Dolanışıqsız qalan Sisa, qızı Hudanı saxlamaq üçün pul qazanmaq xatirinə kişi paltarlarını geyinməyə məcbur oldu.

(Bu məsələylə bağlı bəzi KİV-lər  yazır ki, Misirdə qadınlara işləmək olmaz. Bu, əlbəttə ki, belə deyil. Lakin hər halda iş dairəsi onlar üçün  kifayət qədər məhduddur. Bundan əlavə, Lüksor nəinki Şarm və Xurqada deyil, heç Qahirə və İsgəndəriyyədən də çox uzaqdır. Özü də həmin vaxt 50 il bundan qabaqlar idi. Əlbəttə, fiziki əməkdən qorxmazsa, belə bir vəziyyətdə iş tapmaq kişilər üçün daha asan idi).

Müxtəlif illərdə Sisa tikintidə, məhsul yığımında işlədi, beton yoğurdu, kərpic daşıdı 

Özü paltarını dəyişməsini belə izah edir:

Özünü əyri baxışlardan qorumaq qorumaq və adət-ənənələrin hədəfi olmamaq üçün kişi geyimlərini geyinib, heç kimin tanımadığı qonşu şəhərlərdə işləməyi qərara aldım.

- Və bu günə qədər Sisa Abu Dauh bir qalabeya geyinir (geniş qolları olan uzun kişi geyimi) və başına sallan taxır. 1981-ci ildən bəri Lüksorda ayaqqabı təmizləyir və əvvəlki kimi ailəsini təmin edir. Onun orta qazancı gündə cəmi 10 funt sterlinqdir (1 dollardan az).

Ərindən sonra kimisə sevib-sevmədiyini soruşduqda, Sisa cavab verir ki, o, qızını və Peyğəmbərini sevir.

- Hər gün səhər 6-da oyanır və ayaqqabı təmizlədiyi dəmiryol stansiyasına gedir. Yaşına görə işinə lazım olan alətləri mən gətirirəm ” qızı Huda deyir.

Sisa ərə getməkdən  imtina etdikdə qızını anasının yanında qoymalı olub, çünki ona qulluq edəcək heç kim yox idi. Qızı təhsili bitirmədən məktəbi tərk etdi və anası kimi 16 yaşında əmisi oğlu ilə evləndi. Beş uşağı var, heç biri məktəbə getmir. Əri ağır xəstədir, buna görə ailələrini Sisa dolandırır.

"Ailəm üçün pul qazanmaq üçün küçələrdə dilənməkdənsə,  kərpic daşımağı  və sement qarışdırmağı tərcih etdim " o  deyir.

Qadın etiraf edir ki, oğlu olsaydı onun üçün daha asan olardı və yenidən ərə gedəcəyi halda,  hansı taleyi olacağını bilmikr. O, həmçinin deyir ki, bəzən yemək üçün pulu olmur və onda bir fincan çayla kifayətlənməli olur.

Jurnalistlər onun kəndinin sakinlərindən sorğu keçirəndə çoxları onun qadın olduğunu bildiklərini / təxmin etdiklərini söylədilər, amma başqaları üçün bu, böyük sürpriz oldu.

İndi kişilər deyirlər ki, onun üçün kişi geyimləri yaşamağın yeganə yolu idi - işləmək üçün tez-tez gecə qonşu kəndlərə qədər uzun məsafələr qət etməli idi ...

Evinin yaxınlığında, videodan kadr

Hər kəs onun  qadın olduğunu bildikdə Lüksordakı həyatı dözülməz hala gəldi və 2 il oradan ayrılmaq məcburiyyətində qaldı. Bütün sınaqlara baxmayaraq, Sisa, heç vaxt ağlamadığını söyləyir - çətin həyat yaşasa da, bu, ikinci evlilikdən daha yaxşıdır, xüsusən də Allah ona sağlamlıq və hədəf bəxş edib. Öz əlləri ilə bir ev tikməyə belə gücü çatdı ...

 Sisa həmçinin iki dəfə həcc ziyarətinə gedib. "Əlavə" pulu olanda, ət alıb kasıblara verir. Adət etdiyinə görə yenə kişi paltarı geyinir, baxmayaraq ki, artıq "konspirasiyaya" ehtiyac yoxdur - deyir ki, buna alışıb.

Vəziyyət mətbuatda geniş yayıldıqda, jurnalistlər ona lisenziya almağa və Lüksorda köşk açmağa kömək etdi.

Vəziyyət bir neçə səbəbə görə Misir üçün olduqca tipik deyil.

Birincisi, Misirdə qəbul edilmişdir ki, qadın üçün onun ailəsinin kişiləri cavab versinlər. Onun isə ailəsinin necə olduğu anlaşılmazdır (anası və qayınanasının adını çəkir, amma nə atası, nə də qardaşları barədə danışmır) - bəlkə sadəcə kişi qohumu olmayıb,  ya da özləri çətinliklə dolana bilirdilər.

İkincisi, uşağı belə vəziyyətdə buraxmaq və yenidən ərə getmək misirli üçün olduqca normaldır.

Bəzi hallarda  qadının öz övladını  babasının, yaxud nənəsinin yanında qoyaraq tez bir zamanda ikinci dəfə ərə getdiyi halları yetərincə rast gəlinən hadisədir. Heç kim onları qınamağı ağlına belə gətirməir ... və hətta böyük uşaqları ilə də münasibətləri yaxşı olur, onu heç kəs  günahlandırmır. Bir sözlə qeyri-adi hal kimi qəbul edilmir.

Videodan kadr

Və yenə də - qızının tərbiyəsinə verdiyi töhfəsini və qarşısına çıxan ağır sınaqları (Hətta hər kişi belə bunun altından çıxa bilməz) qiymətləndirməmək olmaz. Ancaq qadına görə olduqca təəssüflənməmək olmur ... hərçənd fikirlər ikili ola bilər – bunlara dəyərdimi? Axı qızı, əslində, onunla onsuz da yaşamadı. Sisa ərdə deyildi, ancaq səhərdən sübhə qədər işləyirdi, ancaq fiziki olaraq uşağa baxa bilmirdi. Nə qızı, nə də nəvələri məktəbi bitirdilər. Misirdə isə ali təhsil, kasıbların bir şəkildə öz yollarını tapması üçün demək olar ki, yeganə şansdır. 

Misirdə orta məktəb icbari olsa da, hələ də bəzən kasıb ailələrdən olan uşaqların işə getmək üçün erkən məktəbdən çıxması tətbiq olunur ... bunun üçün valideynlərə cəza verilmir. Məktəbi bitirənlər isə yaxşı nəticə göstərib yüksək bal toplasalar dövlət büdcəsi hesabına  pulsuz təhsil əldə   edə bilərlər. 

Mənbə: zen.yandex.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR