Slimfit
  1. CƏMİYYƏT

İli köhnə avtomobillər taksi xidmətinə qoşulur? - VİDEO

İli köhnə avtomobillər taksi xidmətinə qoşulur? - VİDEO
Sakura

İli köhnə avtomobillər taksi xidmətinə qoşulur? - VİDEO

İli köhnə avtomobillərin taksi xidmətinə qoşulması qanunla qadağan olsa da, sosial şəbəkələrdə bu avtomobillərin taksiyə qoşulması xidməti təklif edilir.

Ens.Az Xəzər TV-yə istinadən bildirir ki, müxtəlif səhifələrdə bu xidmət müəyyən məbləğ qarşılığında həyata keçirilir. Özü də məhşur taksi şirkətlərindən birinin adı ilə. Bu azmış kimi, son günlər sosial şəbəkələrdə köhnə avtomobillərin taksi xidmətində çalışmasına qoyulan qadağanın aradan götürüləcəyi barədə iddialar yayılıb.

Məsələ ilə əlaqədar taksi şirkətindən bildirildi ki, bu mövzu ilə əlaqədar yayılan məlumatların onlarla heç bir əlaqəsi yoxdur və saxta məlumatlardır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə "Xəzər Xəbər"ə bildirildi ki, əvvəlki tələblər qüvvədə qalır.

O da qeyd edildi ki, əgər hansısa icazəsi olmayan taksi sürücüsü şirkətlər tərəfindən işə cəlb olunarsa, yəni ona sifariş ötürülərsə, barələrində qanunvericiliyə uyğun tədbirlər görülür.

Qeyd edək ki, yazılan şərhlərdən də aydın olur ki, sosial şəbəkələrdə paylaşılan belə elanlara müraciət edənlər az deyil.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR