Slimfit
  1. SİYASƏT

İlham Əliyevlə Paşinyanın görüşü gözlənilmir

İlham Əliyevlə Paşinyanın görüşü gözlənilmir
Sakura

İlham Əliyevlə Paşinyanın görüşü gözlənilmir

“Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş Naziri Nikol Paşinyanın Aşqabaddakı danışıqları faydalı olub”. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Bolqarıstanın XİN rəhbəri Yekaterina Zaxariyeva ilə ortaq brifinqdə bildirib. 

Onun sözlərinə görə, hazırkı mərhələdə hər iki lider arasında yeni görüş planlaşdırılmır:

“Görüşlərin xarici işlər nazirləri səviyyəsində davam etdirilməsi planlaşdırılır. Onlardan biri önümüzdəki aylarda reallaşacaq, bu barədə artıq məlumat verilib.

Gündəlik məsələsinə gəldikdə, danışıqlar masasında birbaşa sülh yolu ilə tənzimlənmə və buna nail olmaq üçün bir atmosferin yaradılması ilə bağlı məsələlər var. Daha əvvəl əldə edilmiş, lakin hələ də icra mərhələsindəki konkret addımlar və razılaşmalar müzakirə olunacaq. İndi tərəflər diqqətini bu məsələlərə yönəldiblər”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş Naziri Nikol Paşinyan oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasından sonra bir araya gəliblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR