Slimfit
  1. SİYASƏT

İlham Əliyevlə Paşinyan Vaşinqtonda görüşəcək

İlham Əliyevlə Paşinyan Vaşinqtonda görüşəcək
Sakura

İlham Əliyevlə Paşinyan Vaşinqtonda görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanla arasında mayın ikinci yarısında baş tutmalı olan növbəti görüş böyük ehtimalla Vaşinqtonda keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə “Past” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

“Vaşinqton platformasında danışıqların gələcəyi ilə bağlı tərəflərin yanaşmaları üst-üstə düşür. Görüşün təşəbbüskarı öz hərəkətlərində və problemə yanaşmalarında nəzərəçarpacaq dərəcədə fəal olan ABŞ-ın Dövlət katibi Entoni Blinkendir”, - məlumatda deyilib.

Qeyd olunur ki, Avropa dairələri də görüş üçün fəallıq göstərir:

“Avropa Şurasının rəhbəri Şarl Mişel bu yaxınlarda Paşinyan və Əliyevlə iki ölkə arasındakı münasibətlər və danışıqlar prosesinin vəziyyəti ilə bağlı bir neçə telefon danışığı aparıb. Avropalılar qarşıdan gələn Ermənistan-Azərbaycan sammitinin onların himayəsi altında - yaxın həftələrdə Brüsseldə keçirilməsi üçün əllərindən gələni edirlər”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR