Slimfit
  1. AZƏRBAYCAN

İlham Əliyevin zəngi müharibəni necə bitirdi?

İlham Əliyevin zəngi müharibəni necə bitirdi?
Sakura

İlham Əliyevin zəngi müharibəni necə bitirdi?

İlham Əliyev 2008-ci ildə Rusiya-Gürcüstan savaşı zamanı Putinə zəng edib deyir ki, atılan bombalar Bakı-Tiflis-Qars kəmərinə zərər vura bilər.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc “Azadlıq” radiosuna müsahibəsində deyib.

“Daha sonra 6 dövlət başçısı Gəncəyə gəlir, sonra Tiflisə gedirlər. Bundan sonra Rusiya-Gürcüstan savaşı dayanır”, - deputat bildirib.

Zahid Oruc qeyd edib ki, diplomatik dünyada qlobal proseslər, böyük güc mərkəzlərinin ayrı-ayrı dövlət üzərində maraqları ölkələrin öz milli simalarını dəyişdirir:

“Bəzilərinə elə gəlir ki, dövləti idarə etmək sadə məsələdir. Amma bağlı qapılar arxasında dövlətlərarası münasibətlər necə çözülür? Prezident açıq şəkildə bəyan etdi ki, təsirlər, təzyiqlər və hədələr olub. Dövlət başçısının gücü ondan ibarət olub ki, xalqı köməyə çağırmayıb, öz gücünə bunu tənzimləyib”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR