Slimfit
  1. AZƏRBAYCAN

İlham Əliyevin uşaqlarla bağlı qanun layihəsi müzakirəyə çıxarıldı

İlham Əliyevin uşaqlarla bağlı qanun layihəsi müzakirəyə çıxarıldı
Sakura

İlham Əliyevin uşaqlarla bağlı qanun layihəsi müzakirəyə çıxarıldı

Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin oktyabrın 3-də keçirilən iclasında yeni hazırlanan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi (ikinci oxunuşda) müzakirəyə çıxarılıb.

Oxu.Az-ın xəbərinə görə, qanun layihəsi MM-ə prezident İlham Əliyevin imzası ilə daxil olub.

Sənədlə Azərbaycanda uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın növləri müəyyənləşib:

Parlament layihəni qəbul edərsə, 2020-ci ilin yanvarın 1-də qüvvəyə minəcək, çünki bu qanun tam işlək hala gətirilməlidir.

Qanun layihəsi uşaqlar üçün zərərli informasiya növləri ilə bağlı müvafiq qadağalar nəzərdə tutur. Zərərli informasiya növlərinə isə zorakılığı və qəddarlığı, cinayətləri təbliğ edən, söyüş məzmunlu və pornoqrafik xarakterli məlumatlar aid edilir.

Sadalanan informasiya məhsullarının uşaqların olduğu yerdə yayılması qadağan edilir. 

Sənəddə teleradio yayımı vasitəsilə yayımlanan informasiya məhsuluna aid tələblər də müəyyən olunub.

Qanun layihəsinin 9-cu maddəsinə əsasən, teleradio yayımı vasitəsilə yayımlanan “Universal”, “6-”, “6+”, və “12+” yaş kateqoriyalarına aid informasiya məhsullarının yayımlanmasına vaxt məhdudiyyəti qoyulmur.

Lakin “16+” yaş kateqoriyasına aid informasiya məhsulları isə yerli vaxtla saat 7-dən saat 21-dək yayımlana bilməz.

Bundan başqa, zorakılığı və qəddarlığı, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya, ailə institutunu nüfuzdan salan informasiya, əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya, pornoqrafik xarakterli informasiya və erotik məzmunlu informasiya (müvafiq olaraq “18+” və “16+” yaş kateqoriyalarına aid informasiya məhsulları) yerli vaxtla saat 6-dan saat 23-dək yayımlana bilməz.

Qanun layihəsinin 5-ci maddəsinə əsasən, uşaqlar üçün nəzərdə tutulmuş informasiya məhsullarının yaş təsnifatı aparılır:

1. “universal” – istənilən yaş qrupları üzrə dövriyyəsinə məhdudiyyət qoyulmur,

2. “6 yaşadək” altı yaşı tamam olmamış uşaqlar arasında dövriyyəsinə yol verilir,

3. “6 yaşdan” – altı yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir,

4. “12 yaşdan” – on iki yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir,

5. “16 yaşdan” – on altı yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir,

6. “18 yaşdan” – uşaqlar arasında dövriyyəsinə yol verilmir.

Layihədə qeyd olunur ki, informasiya məhsulunun yayıcısı həmin məhsulun müstəqil şəkildə və ya ekspertin iştirakı ilə yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən ölkə ərazisində yaya bilməz.

Qanun layihəsinin 7-ci maddəsində informasiya məhsulunun necə işarələnməsi əksini tapıb. Bu maddəyə əsasən, məhsulun üzərində müvafiq yaş həddi çevrədə göstərilməlidir.  

Ölkə ərazisində istehsal olunan kompüter və digər elektron oyunların işarələnməsi satışa çıxarılmazdan, istehlakçıya təqdim edilməzdən və ya şəbəkəyə yerləşdirilməzdən əvvəl həyata keçirilməlidir.

İnformasiya məhsulunun yayımçıları televiziya yayımı, kino və video xidmətlərinin göstərilməsi zamanı hər bir informasiya məhsulunun nümayişindən əvvəl xüsusi kadrda (səhifədə) informasiya məhsulunun yaş kateqoriyasına uyğun işarəsinin və yaş məhdudiyyəti barədə xəbərdarlığa dair mətnin yerləşdirilməsini təmin etməyə borcludur.

Qeyd olunur ki, audiovizual informasiya məhsulunun yaş kateqoriyasına uyğun işarəsi onun nümayişindən əvvəl və hər reklam fasiləsindən sonra üç dəqiqə müddətində ekranın künc hissəsində göstərilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR