Slimfit
  1. SİYASƏT

İlham Əliyevin sərt açıqlamasına İrəvandan yumşaq cavab gəldi: “Danışıqları davam etdirməyə hazırıq”

İlham Əliyevin sərt açıqlamasına İrəvandan yumşaq cavab gəldi: “Danışıqları davam etdirməyə hazırıq”
Sakura

İlham Əliyevin sərt açıqlamasına İrəvandan yumşaq cavab gəldi: “Danışıqları davam etdirməyə hazırıq”

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Azərbaycan televiziyalarına müsahibəsində Qarabağ münaqişəsinin tənzimlənməsi çərçivəsində Ermənistanı tutduğu mövqeyə görə sərt tənqid edib. Rəsmi İrəvanın bu açıqlamaya cavabı çox gecikməyib. Ermənistan Xarici İşlər Naziri Zohrab Mnatsakanyan İlham Əliyevin danışıqlar prosesi ilə bağlı bəyanatını “duygusal” adlandırıb və İrəvanın danışıqları davam etdirməyə hazır olduğunu bildirib.

Ens.az KONKRET.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı “Sputik Ermənistan” nəşri yayıb.

Mənbə bildirir ki, Azərbaycan lideri Abşeron yatağındakı dəniz əməliyyatları üçün təməlin qoyulması mərasimi zamanı Qarabağ ətrafında Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar prosesini mənfi qiymətləndirib. Onun sözlərinə görə, bu proses “əslində aparılmır”. Əlavə edib ki, “Ermənistan danışıqlar prosesini pozur”.

Ermənistan Xarici İşlər Naziri deyib ki, sülh prosesi münaqişəni həll etməyin yeganə yoludur.

“Əminliklə deyirik ki, Ermənistan və Qarabağ (qondarma rejim nəzərdə tutulur) güclüdür, özlərini, mənafelərini və sərhədlərini qoruya bilərlər”, – Mnatsakanyan Müstəqillik Günü şərəfinə keçirilən tədbirlər çərçivəsində Yerablur hərbi şöhrət panteonunda jurnalistlərə bildirib.

Nazirin qeyd etdiyi kimi, koronavirus pandemiyası danışıqlar prosesində öz düzəlişlərini edib, lakin Ermənistan fürsət düşən kimi dialoqa davam etməkdə qərarlıdır.

“Həmsədrlərlə əlaqə qururuq (ATƏT-in Minsk Qrupu), onlarla işləyirik. Razılığa gəldikdən sonra bu barədə məlumat verəcəyik”, – Ermənistan xarici işlər naziri bildirib.

Haşiyə: Azərbaycan prezidentinin sərt çıxışı sanki Ermənistanı qəflət yuxusundan oyadıb. Rəsmi İrəvanın xarici işlər naziri də daxil olmaqla heç bir məmuru Bakıya qarşı sərsəm açıqlamalar verməyib. Görünür, onları Azərbaycan liderinin dedikləri əndişəyə salıb və müharibənin qaçılmaz olduğunu anlayıblar. O zaman isə Ermənistanın bir dövlət kimi yaşaması sual altında qalacaq. Çünki ermənilərin türklərin total hücumundan sonra gizlənməyə yeri olmayacaq. Yeganə yol fars qardaşlarına təşrif buyurmaqları olacaq. Nəticədə haylar bir neçə yüz il bundan öncə gəldikləri yerə qayıdacaqlar…

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR