Dərc edildi: Baxış sayı: 548
İlham Əliyevin Qvatemala Respublikasının Prezidenti Zati-aliləri cənab Otto Fernando Perez Molinaya…
Qvatemala Respublikasının Prezidenti Zati-aliləri cənab Otto Fernando Perez Molinaya
Hörmətli cənab Prezident,
Qvatemala Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Qvatemala arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Qvatemala xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 13 yanvar 2012-ci il.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət