Slimfit
  1. SİYASƏT

İlham Əliyev Zəngilan sakinləri ilə görüşüb

İlham Əliyev Zəngilan sakinləri ilə görüşüb
Sakura

İlham Əliyev Zəngilan sakinləri ilə görüşüb

Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı Zəngilan sakinləri ilə görüşüb. 

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,  görüş zamanı dövlətimizin başçısı sakinlərlə səmimi söhbət edib. 

Görüş zamanı İlham Əliyev bildirib ki, birinci bərpa olunacaq kənd Ağalı kəndidir:

“İnşallah, yaxın zamanlarda kənd yenidən qurulacaq. Ağalı kəndi oktyabrın 28-də işğalçılardan azad edildi. Bilirsiniz ki, burada Zəngilan uğrunda, bütün kəndlər uğrunda şiddətli döyüşlər gedirdi. Biz qan tökərək bu torpaqları qaytardıq”.

Prezident bərpa bitdikdən sonra Ağalı kəndinə yenidən gələcəyini bildirib. 

“Burada 200-dən çox ev, məktəb, uşaq bağçası, poliklinika tikiləcək, iş yerləri yaradılacaq. Bu gün mənə verilən təqdimatda göstərilir ki, böyük ferma - camış ferması yaradılacaq, pendir istehsal ediləcək, burada əkin sahələri nəzərdə tutulub, su elektrik stansiyası olacaq, yəni, bütün şərait. Burada yaşamaq üçün nə lazımdırsa olacaq. Burada tətbiq olunacaq texnologiyaların bir çoxu Azərbaycanda yoxdur. Bu, birinci layihədir, pilot layihədir və əminəm ki, maksimum gələn ilin əvvəlində bütün işlər hazır olacaq. Evlər tikilməlidir, kommunikasiyalar tikilməlidir, ondan sonra iş yerləri yaradılmalıdır, əkin yerləri olmalıdır və burada yaşayacaq insanların hər biri işlə təmin edilməlidir”, - deyə dövlətimizin başçısı qeyd edib.

İlham Əliyev əlavə edib ki, bundan sonra oktyabr ayı zəngilanlılar üçün ancaq bayram ayı olacaq:

“Çünki həm Ağalı kəndi, həm Zəngilan şəhəri oktyabr ayında azad edildi. Ermənilərin aləmində əsas ümidverici amil o idi ki, bizim camaat bu yerləri unudacaq, yaşlı camaat unudacaq, sonra vaxt keçəcək yaşlı camaat təbii olaraq həyatdan gedəcək. Gənclər, başqa şəraitdə böyüyüb başa çatan insanlar isə heç vaxt buraya qayıtmaq istəməyəcəklər. Bax, bu, onların böyük səhvi idi. Çünki biz qəlbində güclü Vətən sevgisi olan bir gənc nəsil tərbiyə edib yetişdirdik. Hətta buranı görməyən hər bir gənc, - indi sən görməmisən buraları, sən də görməmisən, - bir arzu ilə yaşayıb ki, qayıtsın öz doğma torpağına, ədalət bərpa olunsun və artıq biz bunu görürük. Ağalı kəndi heç bir il keçmədən yenidən qurulacaq, - yəqin ki, siz maketlərdə görmüsünüz, layihə ilə tanış olmusunuz, - dünyanın bəlkə də ən mütərəqqi kəndlərindən birinə çevriləcək”.

Görüş zamanı sakinlər Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər və tezliklə azad edilmiş doğma torpaqlarına qayıtmaq istədiklərini deyiblər.

Daha sonra Prezident İlham Əliyev Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini qoyub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR