Slimfit
  1. SİYASƏT

İlham Əliyev: Yenilənmiş Milli Məclis Azərbaycanda aparılan islahatların vacib hissəsi olacaq

İlham Əliyev: Yenilənmiş Milli Məclis Azərbaycanda aparılan islahatların vacib hissəsi olacaq
Sakura

İlham Əliyev: Yenilənmiş Milli Məclis Azərbaycanda aparılan islahatların vacib hissəsi olacaq

Azərbaycanda fevralın 9-na təyin olunan növbədənkənar parlament seçkilərinin nəticələri əsasında formalaşdırılacaq Milli Məclisin yeni tərkibi ölkədə aparılan sosial-iqtisadi islahatların vacib hissəsi olacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Davosda Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” konfransında bildirib.

“Yaxın aylarda biz əhaliyə etimad göstərdikləri şəxsləri seçmək imkanı vermək üçün növbədənkənar parlament seçkiləri keçirəcəyik. Parlament isə seçkilərdən sonra islahatların çox vacib hissəsi olacaq”, - dövlət başçısı qeyd edib.

Prezidentin sözlərinə görə, Azərbaycanda aparılan islahatlar çərçivəsində ölkə hökumətinin tərkibi əhəmiyyətli dərəcədə yenilənib.

“Hökumətin tərkibi dəyişdirildi. Hökumətdə yeni insanlar meydana çıxdı. Bunlar müasir baxışları olan yüksək təhsilli gənclərdir. Dəfələrlə demişəm ki, XXI əsrdə uğur yalnız XX əsrin baxışlarına köklənməməklə mümkündür. Buna görə yeni insanlar təkcə hökumətdə deyil, həm də Prezident Administrasiyasında lazımdır. Burada da böyük dəyişikliklər baş verdi”, - İ.Əliyev bildirib.

Prezident Azərbaycanın qonşu ölkələrə qarşı dostluq siyasəti yürütdüyünü vurğulayıb.

“Ancaq milli maraqlar bizim üçün hər şeydən üstündür. Siyasi-iqtisadi sahədə çox ciddi islahatlar aparmağa nail olduq. Əldə etdiyimiz nailiyyətlər Dünya İqtisadi Forumunun qiymətləndirmələrində və Davos Forumunun işində öz əksini tapıb. Biz infrastruktur, yolların keyfiyyəti sahəsində çox şey əldə etdik - bu göstərici ilə dünyada 27-ci yerdəyik”, - dövlət başçısı deyib.

Rasim Babayev

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR