Dərc edildi: Baxış sayı: 882
İlham Əliyev və Vladimir Putin Rusiya-Azərbaycan sərhədində yaranmış vəziyyəti müzakirə edib
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Rusiya-Azərbaycan sərhədində yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Ens.az xəbər verir ki , bu gün baş tutan telefon danışığında Prezident İlham Əliyev bildirib ki, onun Rusiya Prezidenti ilə bu il mayın 18-dəki telefon danışığından ötən dövr ərzində Samur keçid məntəqəsindən 700-ə yaxın, bütövlükdə bir ay ərzində isə quru və hava yolları ilə 1000-ə yaxın Azərbaycan vətəndaşı Rusiyadan ölkəmizə gətirilib.
Prezidentlər müvafiq dövlət strukturlarına sərhəddə vəziyyətin tənzimlənməsi ilə əlaqədar əlavə tapşırıqların verilməsi barədə razılaşıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət