Slimfit
  1. SİYASƏT

İlham Əliyev: “Ümid edirik ki, UNESCO gələn ay Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə gələcək”

İlham Əliyev: “Ümid edirik ki, UNESCO gələn ay Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə gələcək”
Sakura

İlham Əliyev: “Ümid edirik ki, UNESCO gələn ay Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə gələcək”

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,  bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə bildirib.

İlham Əliyev deyib ki, Azərbaycan UNESCO-nu uzun illərdir işğal olunmuş ərazilərə səfərə dəvət edib.  

“Ancaq biz cavab almışıq ki, UNESCO siyasi münaqişələrə qarışmır. Beləliklə, işğal müddətində Qarabağda UNESCO-nun missiyası olmayıb. Ancaq İkinci Qarabağ müharibəsi bitən kimi UNESCO-dan bu ərazilərə ziyarət üçün müraciətlər almağa başladıq. Bu dəyişikliyin baş verməsinə sevindim. İndi onların gəlməsi üçün UNESCO ilə logistik məsələlər üzrə danışıqların son mərhələsindəyik”, - deyə Prezident əlavə edib.

Dövlət başçısı daha sonra bildirib:

“Biz istəyirik ki, onlar ermənilərin mədəni irsimizə nə etdiklərini görsünlər”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR