Slimfit
  1. SİYASƏT

İlham Əliyev: Sizin tövsiyəniz, təlimatınız olmadan...

İlham Əliyev: Sizin tövsiyəniz, təlimatınız olmadan...
Sakura

İlham Əliyev: Sizin tövsiyəniz, təlimatınız olmadan...

Biz şəhər quruculuğunda sizin gözəl Nur-sultan şəhərinin tikintisi üzrə təşəbbüslərdən nümunə götürmüşük. Bu şəhər haqlı olaraq Sizin adınızı daşıyır, çünki Siz onu sıfırdan tikmisiniz.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Qazaxıstan lideri Nursultan Nazarbayevlə görüşündə qeyd edib.

"Nur-sultan şəhərində tez-tez olaraq mən sürətli dəyişiklikləri görmüşəm. Bir-iki ildən sonra gələrkən, sanki yeni şəhərə gəlirsən. Xüsusilə keçən dəfə Ekspoda olarkən tikintinin miqyasından, memarlıq ustalığının səviyyəsindən və düşünülmüş quruculuqdan heyrətə gəldim. Mən bilirəm ki, Nur-sultan şəhərində ucaldılan hər bir binanın, bəlkə də yetişdirilən hər bir ağacın arxasında şəxsən Siz dayanmısınız. Sizin tövsiyəniz, təlimatınız olmadan, əlbəttə ki, bu şəhərsalma ansamblı indi göründüyü kimi belə möhtəşəm görünməzdi və orada yaşayanlar üçün rahat olmazdı. Buna görə də düşünürəm ki, bir çox ölkələr üçün Nur-sultan şəhəri özündə modernizmi, ənənələri, həmçinin rahatlığı cəmləşdirən müasir şəhərsalma nümunəsidir. Əlbəttə ki, bu gün beynəlxalq məsələlərdə mühüm rol oynayan, fəal inkişaf edən Qazaxıstanın uğurları Sizin adınızla bağlıdır. Qazax xalqının, bizim qardaşlarımızın bəxti gətirib ki, müstəqilliyin astanasında Siz dayanmışdınız. Bunun sayəsində Qazaxıstan bizim və SSRİ-nin digər respublikalarının payına düşən bir çox sarsıntılardan yan keçib. Bizdə müstəqilliyin ilk illərində hakimiyyətə bacarıqsız qüvvələr gəlmişdi. Buna görə də biz Sizin Qazaxıstanın inkişafına töhfənizi, Sizin ölkəmizə münasibətinizi çox yüksək qiymətləndiririk.

Mən bilirəm ki, Azərbaycanın üzv olmadığı beynəlxalq təşkilatlar çərçivəsində Siz həmişə bizi müdafiə etmisiniz, dəstəkləmisiniz. Bunu Azərbaycanın hər bir vətəndaşı bilir, Sizə böyük hörmət və sevgi ilə yanaşır", - İ.Əliyev vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR