Slimfit
  1. SİYASƏT

İlham Əliyev: “Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün avtomobil yolları xüsusi əhəmiyyət daşıyır”

İlham Əliyev: “Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün avtomobil yolları xüsusi əhəmiyyət daşıyır”
Sakura

İlham Əliyev: “Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün avtomobil yolları xüsusi əhəmiyyət daşıyır”

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində alt keçidlər və körpü inşa olunacaq. Yol üzərində üç tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq. Prezident İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməlini qoyub. 

“Bu gün ikinci tunelin təməli qoyuldu. Kəlbəcər-Laçın avtomobil yolunda tunel tikiləcək. İkinci tunelin bir müddətdən sonra istifadəyə verilməsi ilə gediş-gəliş daha da rahat olacaq. Çünki Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün avtomobil yolları xüsusi əhəmiyyət daşıyır. Və mənim göstərişimlə azad edilmiş torpaqların investisiya proqramı tutulanda tunellər də bu layihələrə salındı. O cümlədən Şuşaya gedən yolda tunellər çəkilməkdədir. 

Tunelin tikintisi həm çətindir, xüsusilə belə ağır dağlıq relyefdə, eyni zamanda çox böyük xərclər tələb edir. Ancaq biz bunu edirik, edəcəyik, çünki bu, Şərqi Zəngəzurun inkişafına lazımdır. İnsanlar bura qayıdandan sonra çox rahat Azərbaycanın digər bölgələri ilə əlaqələr qura biləcəklər. Həm Kəlbəcər və Laçın rayonları arasında əlaqələr möhkəmlənəcək. Eyni zamanda Laçın rayonunda aeroportun tikintisi nəzərdə tutulur. Eyni zamanda Kəlbəcərə Göygöl-Gəncə istiqamətində də gediş-gəliş daha da rahat olacaq. 

Cəmi 8-9 ay ərzində görülmüş işlər onu bir daha göstərir ki, bizim çox güclü iradəmiz var. Siyasi qərarlar verildi və bütün güclər səfərbər olundu, texniki imkanlar səfərbər olundu, maliyyə vəsaiti təmin edildi, Azərbaycanda kadr potensialı, o cümlədən inşaat sahəsində formalaşdı və hərtərəfli işlər gedir, elektrik xətləri, su elektrik stansiyaları, yarımstansiyalar, tunellər, körpülər, hava limanları, sosial obyektlər və bütün digər məsələlər... Bu tunelin şəkli də burada göstərilir, çox rahat, təhlükəsiz yol olacaq”, - deyə dövlət başçısı təməlqoyma mərasimindən sonra bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR