Slimfit
  1. AZƏRBAYCAN

İlham Əliyev Rusiyadakı azərbaycanlılarla bağlı vəziyyəti nəzarətə götürdü

İlham Əliyev Rusiyadakı azərbaycanlılarla bağlı vəziyyəti nəzarətə götürdü
Sakura

İlham Əliyev Rusiyadakı azərbaycanlılarla bağlı vəziyyəti nəzarətə götürdü

“Sosial şəbəkələrdə təxribat xarakterli saxta xəbərlər yayılır”. Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada bir qrup çeçen və azərbaycanlı arasında baş vermiş insidentlə bağlı Real TV-yə danışıb.

Səfir məsələ ilə bağlı Moskva Şəhər Baş Polis İdarəsində olub və polis rəisi ilə görüşüb. O, məsələnin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən nəzarətə götürüldüyünü də açıqlayıb.

Polad Bülbüloğlu bildirib ki, Çeçenistan lideri Ramzan Kadırov hazırda ölkədə yoxdur, xaricdə səfərdədir, buna baxmayaraq, hadisə badərə məlumat alan kimi Çeçenistanın Moskvadakı daimi nümayəndəsinə göstəriş verib:

“Həmin daimi nümayəndə ilə biz mütəmadi əlaqədəyik, tez-tez telefonla danışırıq. Çeçenistan nümayəndəliyi də öz tərəflərindən söhbətlər aparır və hamını sakitliyə çağırır”.

Polad Bülbüloğlu deyib ki, sosial şəbəkələrdə təxribat xarakterli saxta xəbərlər yayılır. O, ölkə əhalisini o cür xəbərlərə inanmamağa çağırıb.

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR