Slimfit
  1. SİYASƏT

İlham Əliyev: 'Qeyri-enerji sənayesində 13 faizdən artıq artım olub'

İlham Əliyev: 'Qeyri-enerji sənayesində 13 faizdən artıq artım olub'
Sakura

İlham Əliyev: 'Qeyri-enerji sənayesində 13 faizdən artıq artım olub'

 

"Kibertəhlükəsizliklə bağlı məsələyə gəldikdə, biz bunu, həmçinin əvvəllər müzakirə etmişik. Əvvəlcə müzakirə etdiyimiz kimi və mən də qeyd etdiyim kimi, həmin yeni islahatlar gündəliyində əsas məqsəd ümumi daxili məhsulu artırmaq, iş yerlərini açmaq və bunun üçün innovativ texnologiyalardan istifadə etməkdən ibarətdir".

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev CISCO şirkətinin rəhbərləri ilə videokonfransda deyib.

Dövlət başçısı bildirib: "Hazırkı koronavirus şəraitində, əvvəlcə qeyd etdiyim kimi, bu məsələlər daha da vacibdir. Çünki demək olar ki, bütün ölkələrin ümumi daxili məhsulu zərbə altındadır. Bununla belə, bu ilin dörd ayında bizdə ümumi daxili məhsulun artımı 0.2 faiz səviyyəsində olub. Lakin anlayırıq ki, növbəti ay çox güman bu göstərici də aşağı düşəcək. Sənaye sektorunda vəziyyət daha yaxşıdır. Bizim qeyri-enerji sənayesində 13 faizdən artıq artım olub. Lakin, əlbəttə, koronavirus ümumi daxili məhsula və iş yerlərinə zərbə vurur, çünki biz, təbii ki, işsizliyin artmasını hesablayacağıq. Amma onun qarşısını almaq üçün 2 milyard avro həcmində çox ciddi iqtisadi və sosial paketi işə salmışıq. İqtisadiyyatın hazırda tam bağlandığı sahələrdə işlərini itirmiş insanları qorumaq üçün bunu edirik. Məsələn, turizm. O, indi sıfır səviyyəsindədir. Bir sözlə, bu məsələlər hazırda daha çox əhəmiyyət kəsb edir. Hesab edirəm ki, biz diqqətimizi onun üzərinə yönəldəyəcəyik".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR