Slimfit
  1. SİYASƏT

İlham Əliyev: "Qarabağın bərpasından başqa önəmli bir işimiz qalmadı"

İlham Əliyev: "Qarabağın bərpasından başqa önəmli bir işimiz qalmadı"
Sakura

İlham Əliyev: "Qarabağın bərpasından başqa önəmli bir işimiz qalmadı"

"Bizim bu ilə nəzərdə tutduğumuz yatırım planında 2,2 milyard dollar pul nəzərdə tutulur".

Ens.az Report.az-a istinadən xəbər verir ki,bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

“Qeyd etdiyim kimi, hardasa yarısı indi bölünüb, yarısı bölünməmiş qalır. Bunu hesablamaq çox çətindir. Çünki bu görüləcək işlərin həcminə bağlıdır. Biz bu torpaqlara yeni gəlmişik və hələ ki təhlil aparılmayıb. Bu təhlillər aparılandan sonra, yəqin ki, daha dəqiq rəqəmlər çıxacaq. Ancaq, şübhəsiz, bu, bir neçə milyard dollar vəsait tələb edəcək. Təsəvvür edin ki, biz 3 hava limanı inşa edirik, 100 km-lərlə dəmir yolu çəkməyə başlamışıq. Bəlkə, minlərlə kilometr avtomobil yolu çəkiləcək. Həm şəhərlərarası, həm kəndlərarası. Bütün kəndlərə asfalt yolu çəkiləcək. Elektrik enerjisi ilə bağlı bütün bölgələrdə bu ilin sonuna qədər bütün layihələr icra ediləcək. Ondan sonra içməli su və bununla bağlı işlər, kənd təsərrüfatı işləri üçün, ondan sonra 1 milyon insanı ora qaytarmaq üçün nə qədər inşaat işləri aparılmalıdır. Məktəblər, xəstəxanalar, idman müəssisələri, mədəniyyət ocaqları. Hesablamaq çox çətindir. Ona görə biz hər il üçün müəyyən büdcə ayırdıq. 2,2 milyard dollarlıq büdcə, bu da son rəqəm deyil. Biz görsək ki, bu ilə bu yetmir, əlavə edərik. Çünki bizim bu gün Qarabağın bərpasından başqa önəmli bir işimiz qalmadı. Çünki əsas infrastruktur layihələri artıq gerçəkləşdi. Ölkə qarşısında duran çox ciddi inşaat layihələri də yoxdur. Ona görə də bütün gücümüzü ora yönəldirik. Təbii ki, görüləcək işlər arasında xüsusi investisiyalar da önəmli yer tutmalıdır. Bərpa olunan, yenilənən enerji növlərini özəl qurumlar öz üzərlərinə götürərlərsə, təbii ki, dövlətin boynuna düşən yük daha az olacaq”, - dövlət başçısı bildirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR