Dərc edildi: Baxış sayı: 398
İlham Əliyev Polis Akademiyasında yeni tədris binasının açılışında
Dekabrın 25-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris binasının açılışı olub.
Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov dövlətimizin başçısına raport verdi.
Prezident İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Polis Akademiyasının meydanında ucaldılan abidəsi önünə gül dəstəsi qoydu.
Dövlətimizin başçısı yeni tədris binasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış oldu.
Sonra xatirə şəkli çəkdirildi.
Daha sonra Prezident İlham Əliyev xidməti istifadə üçün alınan yeni avtomobillərə baxdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət