Slimfit
  1. SİYASƏT

İlham Əliyev: "Mənim üçün Qərb mətbuatının Azərbaycan haqqında yazdığı deyil, xalqın hökumətimizin siyasəti barədə düşündüyü vacibdir"

İlham Əliyev: "Mənim üçün Qərb mətbuatının Azərbaycan haqqında yazdığı deyil, xalqın hökumətimizin siyasəti barədə düşündüyü vacibdir"
Sakura

İlham Əliyev: "Mənim üçün Qərb mətbuatının Azərbaycan haqqında yazdığı deyil, xalqın hökumətimizin siyasəti barədə düşündüyü vacibdir"

"Onlar tam asılıdır və yiyələri ilə razılaşdırmadan bir addım belə sağa, yaxud sola ata bilməzlər. Lakin, bilirsiniz, biz bu mühitdə yaşamağa öyrəşmişik. Mənim üçün Qərb mətbuatının Azərbaycan haqqında yazdığı deyil, Azərbaycan xalqının hökumətimizin siyasəti barədə düşündüyü vacibdir. İnsanlarla söhbət apardıqda, görə bilərsiniz ki, onlar hökumətimiz barədə nə düşünür, gördüyümüz işlər düzdür, yoxsa səhvdir!"

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,bunu Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində deyib.

"Cəmiyyətimiz həmrəy olması və güclü ictimai dəstək, əlbəttə, əsasən bizim siyasətimiz, əvvəlcə işğal altında olmuş ərazilərin azad edilməsi sayəsində formalaşır. Lakin, həmçinin bu, anti-Azərbaycan təşviqatına olan reaksiyadır. Əgər Qərbdə kimsə düşünür ki, hökumət rəsmilərini təhqir etməklə, böhtan və şayiələr yaymaqla Azərbaycanda ictimai rəyə təsir göstərə bilər, bilsin: ola bilər, o, haqlıdır, lakin həmin təsir onların görmək istədiyi istiqamətdə olmayacaq. Əksinə, cəmiyyət daha da həmrəy olur, çünki biz görürük ki, bu, ədalətli deyil. Biz 30 il işğala məruz qalmışıq və Ermənistan işğalını orada pisləyən olmadı", - Prezident qeyd edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR