İlham Əliyev: "Məhsuldar əməkdaşlıqla xarakterizə olunan Azərbaycan-Belarus əlaqələri xüsusi məmnunluq doğurur"
Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə belaruslu həmkarı Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb.
Ens.az Report.az-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bu əlamətdar gündə son üç onillikdə xalqlarımızı birləşdirən mehriban dostluq ənənələrinə, qarşılıqlı hörmətə və etimada əsaslanan, faydalı tərəfdaşlıq ruhunda ardıcıl olaraq genişlənən və dərinləşən Azərbaycan-Belarus münasibətlərinin yüksək səviyyəsini bir daha qeyd edib.
“Bizim böyük inkişaf yolu keçmiş, fəal siyasi dialoqla, intensiv təmaslarla, ikitərəfli və çoxtərəfli formatlarda iqtisadi-ticari, humanitar və bir çox başqa sahələrdə məhsuldar əməkdaşlıqla xarakterizə olunan dövlətlərarası əlaqələrimiz xüsusi məmnunluq doğurur”, - deyə Prezident İlham Əliyev bildirib.
Aleksandr Lukaşenkonun Azərbaycan-Belarus münasibətlərinin ardıcıl inkişafına, onların strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə sanballı şəxsi töhfə verdiyini vurğöulayan dövlətimizin başçışı ölkələrimiz arasında dostluq münasibətlərinin və əməkdaşlığın birgə səylərlə gələcəkdə də hərtərəfli möhkəmlənəcəyinə, xalqlarımızın və ölkələrimizin maraqları naminə yeni məzmunla zənginləşəcəyinə əminliyini ifadə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət