Slimfit
  1. SİYASƏT

İlham Əliyev: "İşğaldan azad edilmiş ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətin ekologiyaya vurduğu zərər hesablanır"

İlham Əliyev: "İşğaldan azad edilmiş ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətin ekologiyaya vurduğu zərər hesablanır"
Sakura

İlham Əliyev: "İşğaldan azad edilmiş ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətin ekologiyaya vurduğu zərər hesablanır"

Müxtəlif hüquq şirkətləri ilə çalışırıq ki, milli sərvətlərimizi talayan şirkətləri məsuliyyətə cəlb edək.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda səsləndirib.

“İşğaldan azad edilmiş ərazilərdə vəziyyət öyrənilir. Bununla bağlı xüsusi heyət çalışır. Orada müxtəlif dövlət orqanlarının nümayəndələri təmsil olunub. Hazırda monitorinqlər davam edir. Hər bir kənd, hər bir sahə, məkan üzrə qiymətləndirmə işləri aparılır ki, qeyri-qanuni iqtisadi fəaliyyətin ekologiyaya vurduğu zərəri hesablayaq”, - deyən dövlətimizin başçısı xatırladıb ki, Kəlbəcər rayonunda 60 min hektara yaxın meşə qırılıb. Bu, bizim peyk vasitəsilə əldə etdiyimiz fotoşəkillərdə əks olunub. Həmçinin transsərhəd çayların çirklənməsi ilə bağlı narahatlıq var. Xüsusilə Zəngilan rayonundan keçən Oxçuçayın suyu artıq sarı rəngdədir. Bu da, sözün əsl mənasında, ekoloji fəlakətdir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR