İlham Əliyev: “İki il yarım ərzində gördüyümüz işlər göstərir ki, bizim çox ciddi təcrübəmiz və peşəkar kadrlarımız var”
“Minatəmizləmə prosesi (Böyük Qayıdışa – red) ən böyük əngəldir. Çünki bu iki il yarım ərzində gördüyümüz işlər təkcə onu göstərmir ki, bizim maliyyə imkanlarımız var. Onu göstərir ki, bizim çox ciddi təcrübəmiz və peşəkar kadrlarımız var”.
"Ens.az" “Report”a istinadla xəbər verir ki,bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.
Azərbaycan Prezidenti bildirib: “Bu miqyasda layihələri iki il yarım ərzində həyata keçirmək, məncə, heç kimin ağlına gəlməzdi. Heç kim təsəvvür edə bilməzdi ki, cəmi iki il yarım ərzində bu qədər genişmiqyaslı işlər görüləcək, özü də böyük ərazidə. On min kvadratkilometri əhatə edən ərazidə durmadan, gecə-gündüz işlər gedir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət