Prezident bununla bağlı sərəncam imzalayıb
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncama görə, Dövlət Gömrük Komitəsinin kollegiyası aşağıdakı tərkibdə təsdiq edilib:
Kollegiyanın sədri:
Dövlət Gömrük Komitəsinin sədri;
Kollegiyanın üzvləri:
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini;
Dövlət Gömrük Komitəsi sədrinin müavinləri;
Dövlət Gömrük Komitəsi Aparatının baş idarə rəisləri;
Dövlət Gömrük Komitəsi Aparatının İnsan Resursları idarəsinin rəisi;
Dövlət Gömrük Komitəsi Aparatının Hüquqi təminat idarəsinin rəisi;
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri;
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi;
Bakı Baş Gömrük İdarəsinin rəisi;
Sumqayıt Baş Gömrük İdarəsinin rəisi”.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Mənbə: AzNews.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət