Slimfit
  1. AZƏRBAYCAN

İlham Əliyev bir sıra görüşlər keçirib

İlham Əliyev bir sıra görüşlər keçirib
Sakura

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Rusiya Federasiyasının Jurnalistlər…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Rusiya Federasiyasının Jurnalistlər İttifaqının sədri Vladimir Solovyovuqəbul edib.

Oxu.Az xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Rusiya arasında digər sahələrdə olduğu kimi, kütləvi informasiya vasitələri nümayəndələrinin arasında da ənənəvi olaraq uğurlu əməkdaşlıq həyata keçirildiyini bildirib, eyni zamanda, bu sahədə əlaqələrin daha da fəallaşdırılmasının vacibliyini qeyd edib. 

Bu baxımdan Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası KİV nümayəndələrinin mütəmadi qarşılıqlı səfərləri ictimaiyyətin ölkələrimizdə baş verən proseslər barədə daha çox məlumatlı olması işinə kömək edə bilər. 

Eyni zamanda, dövlət başçısı qeyd edib ki, bu cür səfərlər ölkələrimiz arasında bu gün çox uğurla inkişaf edən ikitərəfli münasibətlərin daha da genişləndirilməsi baxımından da önəmlidir. 

Prezident İlham Əliyev əlaqələrimizin möhkəmlənməsində Azərbaycanın və Rusiyanın dövlət başçılarının qarşılıqlı səfərləri və mütəmadi görüşlərinin xüsusi rol oynadığını qeyd edib. Dövlət başçısı Vladimir Solovyovun səfərinin jurnalistika sahəsində əməkdaşlığın möhkəmlənməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Rusiya Federasiyasının Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov Prezident İlham Əliyevlə görüşündən dərin məmnunluq hissi keçirdiyini bildirib. O qeyd edib ki, bu gün Azərbaycan ilə Rusiya arasında ikitərəfli əlaqələr uğurla inkişaf edir və çox yüksək səviyyədədir. 

Qonaq Azərbaycanda Rusiya mədəniyyətinə, mətbuatına böyük hörmətlə yanaşıldığını qeyd edərək, məmnunluq hissi ilə ölkəmizdə bütün Rusiya televiziya kanallarının yayımlandığını bildirib. O, Rusiya jurnalistlərinin azərbaycanlı həmkarları ilə daim qarşılıqlı əlaqələr saxlamaq istəyində olduqlarını deyib. Vladimir Solovyov bu baxımdan noyabrın 19-da Azərbaycan Mətbuat Şurası və Rusiya Federasiyası Jurnalistlər İttifaqı arasında imzalanmış əməkdaşlıq haqqında Memorandumun əhəmiyyətini vurğulayıb.

13:16

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Oxu.Az xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini vurğulayaraq ölkələrimizin dövlət başçıları arasında müntəzəm görüşlərin əlaqələrimizin möhkəmlənməsində xüsusi rol oynadığını qeyd edib və bu görüşlərin ölkələrimizi bir-birinə daha da yaxın etdiyini bildirib. 

Prezident İlham Əliyev bildirib ki, bu il Bakıda Türkiyə zabitlərinin də iştirak etdiyi iki hərbi paradın keçirilməsi, xüsusilə Bakının işğaldan azad edilməsi ilə bağlı təşkil edilmiş hərbi parad bütün dünyada böyük maraqla izlənilib və bu tədbirlər bir daha Türkiyə-Azərbaycan birliyini nümayiş etdirib. Dövlət başçısı hərbi sahədə əməkdaşlığımızın genişlənməsində Azərbaycan ilə Türkiyənin birgə hərbi təlimlərinin böyük önəm daşıdığını bildirib. 

Prezident İlham Əliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerin səfərinin ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler Azərbaycana səfərindən və Prezident İlham Əliyevlə görüşdən böyük qurur hissi keçirdiyini bildirib. Yaşar Güler qeyd edib ki, bir millət, iki dövlət olan Türkiyə ilə Azərbaycan ortaq tarixə, mədəniyyətə malikdirlər və ölkələrimiz arasında strateji iş birliyi gündən-günə möhkəmlənməkdədir. 

O, bir daha Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illik yubileyi münasibətilə dövlət başçısını təbrik edib və bu əlamətdar hadisədən Türkiyənin də qürur hissi keçirdiyini vurğulayıb. Yaşar Güler Azərbaycanın gələcəkdə də böyük inkişafa nail olacağına əminliyi ifadə edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Yaşar Güler qeyd edib ki, bu, Azərbaycan üçün önəmli olduğu qədər Türkiyə üçün də önəmli məsələdir.

Söhbət zamanı noyabrın 21-də Bakıda keçiriləcək Azərbaycan-Türkiyə-Gürcüstan ordu rəhbərlərinin görüşünün əməkdaşlığın genişlənməsi baxımından önəmi qeyd edilib.

Sonda Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler dövlət başçısına xatirə hədiyyəsi təqdim edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR