İlham Əliyev: “Azərbaycan Ordusunun məqsədi işğal altında olan torpaqlarımızı işğalçılardan azad etməkdir”
“Güclü Azərbaycan Ordusunun əks hücum əməliyyatlarında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir. Biz hər zaman Azərbaycan Ordusu üçün lazım olan bütün dəstəyi vermişik və verəcəyik”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Ölkə başçısı İlham Əliyev bu gün keçirilən Təhlükəsizlik Şurasının iclasında deyib.
Ölkə başçısı bildirib ki, Azərbaycan Ordusunun vahid komandanın rəhbərliyi altında əks hücum əməliyyatları uğurla gedir:
“Bütün silahlı birləşmələr arasında koordinasiya yüksək səviyyədə yerinə yetirilib. Mən əminəm ki, bu əks hücum əməliyyatı uğurla davam edəcək. Çünki, Azərbaycan Ordusu heç kimin torpağına göz dikməyib. Azərbaycanın tək məqsədi öz torpağını müdafiə etmək, işğal altında olan torpaqlarını işğalçılardan azad etməkdir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət