Slimfit
  1. SİYASƏT

İlham Əliyev: “Azərbaycan işğala Türkiyənin dəstəyi ilə son qoydu”

İlham Əliyev: “Azərbaycan işğala Türkiyənin dəstəyi ilə son qoydu”
Sakura

İlham Əliyev: “Azərbaycan işğala Türkiyənin dəstəyi ilə son qoydu”

İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan əziz qardaşım, sayın cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, açıq dəstəyini ifadə etdi. Müharibənin ilk saatlarından o demişdi ki, Azərbaycan tək deyil. Həm bizi ruhlandırdı, eyni zamanda bütün müdaxilə etmək fikrində olan qüvvələri, dairələri dayandırdı. Dedi ki, Türkiyə Azərbaycanın yanındadır. Müharibənin ilk saatlarından son dəqiqələrinə qədər əziz qardaşımın, Türkiyə Cümhuriyyətinin, türk xalqının dəstəyi bizə güc verdi. Bu siyasi və mənəvi dəstək bizi ruhlandırırdı. Türkiyənin bütün yerlərindən gələn mesajlar, gələn təbriklər, gələn dəstək, həmrəylik ifadələri bir daha bütün dünyaya bizim birliyimizi nümayiş etdirdi. 

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu gün Şuşada Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında deyib.

“Bu gün Türkiyənin mətbuat nümayəndələri Şuşadadırlar. Onların fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Onlar müharibənin ən təhlükəli anlarında real vəziyyəti əks etdirmək, tamaşaçılara və dünyaya çatdırmaq üçün öz həyatlarını risk altına atırdılar. Mən şəxsən müharibə dövründə bir çox hallarda Türkiyə televiziya kanallarında gedən reportajları izləmişdim. Və bir də görürdüm ki, burada təkcə peşəkarlıq məsələləri deyil, burada həmrəylik, sevgi ilə dolu reportajlar verilir, Azərbaycanın haqq səsi dünyaya çatdırılır və ən təhlükəli yerlərdə, bombalar düşdüyü yerlərə dərhal Türkiyənin mətbuat nümayəndələri gəliblər, reportajlar hazırlayıblar və onlar yaxşı bilirlər ki, Ermənistan döyüş meydanında bizim qarşımızda duruş gətirmədiyi üçün bizim mülki vətəndaşları uzaqmənzilli raketlərlə, “Toçka-U”, “İskəndər-M” raketləri ilə atəşə tutub, bu namərd atəş nəticəsində aralarında uşaqlar olan yüzdən çox mülki şəxs həlak olub. Biz müharibə dövründə bütün türk xalqının məhəbbətini, sevgisini, həmrəliyini bir daha gördük. Biz onsuz da bilirdik ki, biz bir millət, iki dövlətik. Müharibə dünyaya bir daha bunu göstərdi. Biz heç vaxt bu dəstəyi unutmayacağıq.

İkinci Qarabağ müharibəsi tarixdə qaldı. 44 günlük müharibə nəticəsində Ermənistan ordusu tam məhv edildi. Ermənistan diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu və məcbur olub Şuşa alınandan sonra kapitulyasiya aktına imza atdı. 30 ilə yaxın davam edən işğala son qoyuldu. Azərbaycan Türkiyənin dəstəyi ilə buna son qoydu”. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR