Dövlətimizin başçısı 2018-ci ildə çoxsaylı rəsmi və işgüzar səfərlər həyata keçirib
Dövlətimizin başçısı 2018-ci ildə çoxsaylı rəsmi və işgüzar səfərlər həyata keçirib.
Axar.az xəbər verir ki, bu barədə XİN-in 2018-ci ilin nəticələri ilə bağlı yaydığı hesabatda bildirilib. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin Türkiyə, Rusiya, Böyük Britaniya, Fransa, Belçika, Xorvatiya, İsveçrə, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistana səfərləri reallaşdırılıb.
“Eyni zamanda, Türkiyə, Rusiya, İran, İtaliya, Serbiya, Monqolustan, Benin, Tacikistan, Əfqanıstan, Moldova, Makedoniya və Albaniyanın prezidentləri, həmçinin Almaniyanın federal kansleri ölkəmizə rəsmi və işgüzar səfərlər ediblər.
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin İtaliya və Fransaya rəsmi və işgüzar səfərləri baş tutub”, - hesabatda qeyd olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət