Dərc edildi: Baxış sayı: 723
"İkinci əl" avtomobil satışı niyə sürətlə artır?
Azərbaycanda avtomobil parkı sürətlə köhnəlməkdə davam edir. 2015-ci ildə ölkə üzrə satılan avtomobillərin 93,4%-i yeni avtomobillər idisə, 2019-cu ildə bu rəqəm 29,6%-ə düşüb. Yəni, köhnə avtomobillərə maraq kəskin artıb. Köhnə avtomobillərə yaradılan süni tələbat auksionla ABŞ, Cənubi Koreya, Almaniya və digər ölkələrdən gətirilən qəzalı avtomobillərin Azərbaycan bazarına yol tapmasına şərait yaradır. Bu isə bir sıra fəsadları ortaya çıxarıb.
Ens.az xəbər verir ki, Avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev də “MediaPost”a müsahibəsində ölkədə avtomobil parkının köhnəlməsinə təsir edən əsas amillər və bunun fəsadları haqqında danışıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət