Slimfit
  1. CƏMİYYƏT

İki rayonda bələdiyyə sədrləri cərimələniblər

İki rayonda bələdiyyə sədrləri cərimələniblər
Sakura

İki rayonda bələdiyyə sədrləri cərimələniblər

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısını almaqda davam edir. Qazax və Ağstafa rayonları ərazisində keçirilən növbəti belə tədbirlərdə sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

Ens.Az xəbər verir ki,DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduqlarına görə Qazax rayonunda Daş Salahlı kənd icra nümayəndəsi, Daş Salahlı, Çaylı kənd bələdiyyə sədrləri, Ağstafa rayonu ərazisində isə rayon və Zəlimxan kənd bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR