Dərc edildi: Baxış sayı: 994
İki ölkənin XİN rəhbərləri atəşkəs razılaşmalarına sadiq olduqlarını təsdiqləyiblər
Rusiya Xarici İşlər naziri Sergey Lavrovu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə telefonla danışıb.
Ens.az BAKU.WS-yə istinadən xəbər verir ki, məlumatı Rusiya XİN yayıb.
Bildirilir ki, tərəflər Dağlıq Qarabağ münaqişəsi zonasında üç ölkənin XİN rəhbərlərinin Moskvada keçirdiyi məsləhətləşmələrin ardından əldə olunan atəşkəs razılaşmalarına sadiq olduqlarını təsdiqləyiblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət