Slimfit
  1. DÜNYA

İki ölkənin gərginliyinə səbəb olan reper haqda qərar

İki ölkənin gərginliyinə səbəb olan reper haqda qərar
Sakura

İki ölkənin gərginliyinə səbəb olan reper haqda qərar

Stokholmda küçə davasına qarışan və həbs edilən, bu səbəbdən İsveç və ABŞ-arasında gərginliyə səbəb olan amerikalı reper ASAP Rocky haqda qərar verilib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, reper Stokholm məhkəməsi tərəfindən sərbəst buraxılıb. Onun haqqında son qərar isə avqustun 14-də veriləcək. ASAP Rocky bu müddətdə ABŞ-a qayıda bilər.

Xatırladaq ki, isveçli hakim Daniel Suneson məhkəmədən 30 yaşlı musiqiçinin 6 ay müddətinə həbsini tələb etmişdi. Rocky ittihamları qəbul etməyərək davaya təsadüfən qarışdığını və cangüdənləri ilə özünü qorumağa çalışdığını bildirib.

ABŞ prezidenti Donald Tramp hadisədən sonra İsveç qanunvericiliyində nəzərdə tutulmasa da, hökumətə təzminat müqabilində reperi azad etməyi təklif etmişdi. İsveçin Baş Naziri Stefan Löfven bunun mümkün olmadığını demiş, Tramp isə “ümidlərinin puç olduğunu” bildirmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR