Slimfit
  1. DÜNYA

İki ölkə maskadan istifadəni yenidən məcburi etdi

İki ölkə maskadan istifadəni yenidən məcburi etdi
Sakura

İki ölkə maskadan istifadəni yenidən məcburi etdi

İki Avropa ölkəsi koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində qoruyucu maskalardan istifadəni məcburi edib.

Ens.az Publika.az-a istinadən xəbər verir ki, söhbət Avstriya və Çexiyadan gedir.

Yoluxma sayında artım yaşanması səbəbilə bu iki ölkədə qapalı məkanlarda qoruyucu maskadan istifadə məcburi olacaq.

Avstriyada bu gündən etibarən başda market, poçt və bank olmaqla, ictimai iaşə və xidmət məkanlarında qanun qüvvəyə minib.

Avstriya Səhiyyə Nazirliyinin son məlumatına görə, ölkədə 20 min 214 nəfər koronavirusa yoluxub, 711 nəfər ölüb.

Çexiyada isə qapalı məkanlarda 100 nəfərin qatıldığı tədbirlərdə maskadan istifadə yenidən məcburi hala gəlib. Paytaxt Praqada aptek və sağlamlıq mərkəzlərində maskadan istifadə məcburi olacaq, 500 nəfərdən artıq insanın bir yerə toplaşmasına icazə verilməyəcək.

Bu ölkədə isə 14 min 800 nəfər koronavirusa yoluxub, 365 nəfər ölüb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR